Imagine dining in a European capital where you do not know the local language. The waiter speaks little English, but by hook or by crook you manage to order something on the menu that you recognise, eat and pay for. Now picture instead that, after a hike goes wrong, you emerge, starving, in an Amazonian village. The people there have no idea what to make of you. You mime chewing sounds, which they mistake for your primitive tongue. When you raise your hands to signify surrender, they think you are launching an attack.
Communicating without a shared context is hard. For example, radioactive sites must be left undisturbed for tens of thousands of years; yet, given that the English of just 1,000 years ago is now unintelligible to most of its modern speakers, agencies have struggled to create warnings to accompany nuclear waste. Committees responsible for doing so have come up with everything from towering concrete spikes, to Edvard Munch’s “The Scream”, to plants genetically modified to turn an alarming blue. None is guaranteed to be future-proof.
Some of the same people who worked on these waste-site messages have also been part of an even bigger challenge: communicating with extraterrestrial life. This is the subject of “Extraterrestrial Languages”, a new book by Daniel Oberhaus, a journalist at Wired.
Nothing is known about how extraterrestrials might take in information. A pair of plaques sent in the early 1970s with Pioneer 10 and 11, two spacecraft, show nude human beings and a rough map to find Earth—rudimentary stuff, but even that assumes aliens can see. Since such craft have no more than an infinitesimal chance of being found, radio broadcasts from Earth, travelling at the speed of light, are more likely to make contact. But just as a terrestrial radio must be tuned to the right frequency, so must the interstellar kind. How would aliens happen upon the correct one? The Pioneer plaque gives a hint in the form of a basic diagram of a hydrogen atom, the magnetic polarity of which flips at regular intervals, with a frequency of 1,420MHz. Since hydrogen is the most abundant element in the universe, the hope is that this sketch might act as a sort of telephone number. | Avropanın yerli dilini bilmədiyiniz paytaxt şəhərlərindən birində nahar etdiyinizi fərz edin. Ofisiant ingilis dilini zəif bilsə də, siz bütün mümkün vasitələrdən istifadə edərək menyudan sizə tanış olan, yeyə biləcəyiniz və cibinizə uyğun təamı sifariş etməyə nail olursunuz. İndi isə əksinə, təşəvvür edin ki, iştirak etdiyiniz ekskursiya plan üzrə getmir və siz aclıqdan üzülərək Amazon kəndlərindən birinə gəlib çıxırsınız. Oradakı insanların sizinlə bağlı heç bir təsəvvürləri yoxdur. Çıxardığınız marçıltı səsini sadə sözlər kimi qəbul edirlər. Təslim olduğunuzu bildirmək üçün əllərinizi qaldırdıqda, onlara hücum etmək istədiyinizi düşünürlər. Ümumi kontekst olmadan ünsiyyət qurmaq çətindir. Məsələn, radioaktiv ərazilər on min illər ərzində toxunulmaz vəziyyətdə qalmalıdır; Bununla belə, cəmi 1000 il əvvəl mövcud olan İngilis dilinin hazırda həmin dilin daşıyıcılarının əksəriyyəti tərəfindən başa düşülmədiyini nəzərə alaraq, agentliklər nüvə tullantıları ilə bağlı xəbərdarlıqları gələcək nəsillərə ötürməyə çalışmışlar. Bu məsələlərlə bağlı məsul komitələr həyəcan təbili çalmaq üçün hündür beton çıxıntılardan başlamış Edvard Munkun "Fəryad" əsərinə və genetik cəhətdən dəyişdirilmiş bitkilərə qədər hər şeyi düşünmüşlər. Onların heç biri gələcəyə dair zəmanət vermir. Həmin radioaktiv ərazilərdə məlumatların ötürülməsi ilə məşğul olan insanlardan bəziləri daha böyük problemlə qarşılaşmışlar: yadplanetlilərlə ünsiyyət qurmaq. Bu, “Wired” jurnalının jurnalisti Daniel Oberhausun “Yerdənkənar dillər” adlı yeni kitabının mövzusudur. Yadplanetlilərin məlumatları necə ala biləcəyi barədə heç nə məlum deyildir. 1970-ci illərin əvvəllərində iki kosmik gəmi - Pioneer 10 və 11 ilə göndərilən bir cüt lövhədə əks olunan çılpaq insanlar və Yerin təxmini axtarış xəritəsi kimi elementar şeylər belə, yadplanetlilərin görmə qabiliyyətinin olmasını ehtimal edir. Bu cür hava gəmilərinin tapılma şansı həddin artıq az olduğundan, Yer kürəsindən işıq sürəti ilə ötürülən radio yayım siqnalları ilə əlaqə qurma ehtimalı yüksəkdir. Lakin Yerdəki radio kimi, ulduzlararası radio da lazımi tezlikdə qurulmalıdır. Yadplanetlilər doğru tezliyi necə əldə etmişlər? Pioneer lövhəsi, maqnit qütblüyü 1420 mHs tezliklə müntəzəm olaraq dəyişən hidrogen atomunun bəsit diaqramı kimi ipucu verir. Hidrogen kainatda ən çox yayılmış element olduğundan, bu eskizin telefon nömrəsi olmasına dair ümidlər yaranır. |