Competition in this pair is now closed. Discussion and feedback about the competition in this language pair may now be provided by visiting the "Discussion & feedback" page for this pair. Entries may also be individually discussed by clicking the "Discuss" link next to any listed entry. Source text in English Imagine dining in a European capital where you do not know the local language. The waiter speaks little English, but by hook or by crook you manage to order something on the menu that you recognise, eat and pay for. Now picture instead that, after a hike goes wrong, you emerge, starving, in an Amazonian village. The people there have no idea what to make of you. You mime chewing sounds, which they mistake for your primitive tongue. When you raise your hands to signify surrender, they think you are launching an attack.
Communicating without a shared context is hard. For example, radioactive sites must be left undisturbed for tens of thousands of years; yet, given that the English of just 1,000 years ago is now unintelligible to most of its modern speakers, agencies have struggled to create warnings to accompany nuclear waste. Committees responsible for doing so have come up with everything from towering concrete spikes, to Edvard Munch’s “The Scream”, to plants genetically modified to turn an alarming blue. None is guaranteed to be future-proof.
Some of the same people who worked on these waste-site messages have also been part of an even bigger challenge: communicating with extraterrestrial life. This is the subject of “Extraterrestrial Languages”, a new book by Daniel Oberhaus, a journalist at Wired.
Nothing is known about how extraterrestrials might take in information. A pair of plaques sent in the early 1970s with Pioneer 10 and 11, two spacecraft, show nude human beings and a rough map to find Earth—rudimentary stuff, but even that assumes aliens can see. Since such craft have no more than an infinitesimal chance of being found, radio broadcasts from Earth, travelling at the speed of light, are more likely to make contact. But just as a terrestrial radio must be tuned to the right frequency, so must the interstellar kind. How would aliens happen upon the correct one? The Pioneer plaque gives a hint in the form of a basic diagram of a hydrogen atom, the magnetic polarity of which flips at regular intervals, with a frequency of 1,420MHz. Since hydrogen is the most abundant element in the universe, the hope is that this sketch might act as a sort of telephone number. | Winning entries could not be determined in this language pair.There were 3 entries submitted in this pair during the submission phase. Not enough votes were submitted by peers for a winning entry to be determined.
Competition in this pair is now closed. | Təsəvvür et ki, Avropa paytaxtlarından birində restoranda nahar edirsən, özü də bu ölkənin dilini bilmirsən. Ofisiant ingilis dilində pis danışır, amma bir vəchlə menyudan tanıdığın bir şey sifariş verə bilirsən. Yeməyini yeyib, pulunu ödəyirsən. İndi isə təsəvvür et ki, çıxdığın gəzintidə yolu azmısan, gəlib Amazon çayının ətrafındakı kəndlərdən birinə çatmısan. Özün də acından ölürsən. Oradakı insanların sənin kim olduğun barədə heç bir fikri yoxdur. Sən üz-gözünü əyə-əyə, ağzını marçıldada-marçıldada səslər çıxarırsan, onlar isə bunu sənin bəsit ana dilin olduğunu düşünürlər. Sən təslim olmaq əlaməti olaraq əllərini yuxarı qaldıranda isə onlar sənin hücuma keçdiyini düşünürlər. Ortaq ünsiyyət dili olmadan ünsiyyət qurmaq çox çətindir. Məsələn, radioaktiv obyektlər onminilliklər ərzində toxunulmaz qalmalıdır; ancaq, nəzərə alsaq ki, cəmi 1000 il əvvəlki ingilis dili hazırda bu dilin müasir daşıyıcılarının əksəriyyəti üçün anlaşılmazdır, o zaman hökumətlər də nüvə tullantılarını müşayiət edəcək xəbərdarlıq nişanları yaratmaqda çətinlik çəkiblər. Bundan məsul olan komitələr hündür beton sədlərdən tutmuş, ekspressionist rəssam Edvard Munkun "Qışqırıq" əsərinə yaxud genetik modifikasiya olunaraq ürküdücü mavi rəngə boyanan bitkilərə qədər hər şeyi sınaqdan çıxarıblar. Bunların heç birinin gələcək üçün perspektivli olacağına zəmanət yoxdur. Tullantıların emalı müəssisələrində xəbərdarlıq nişanları üzərində işləyən insanlardan bəziləri daha ciddi bir problemin içindədirlər: başqa planetlərdə həyatın olub-olmadığını öyrənmək üçün ünsiyyət qurmaq. "Wired" jurnalisti Daniel Oberhausun "Başqa planetlərdə danışılan dillər" adlı yeni kitabının mövzusu da məhz budur. Yadplanetlilərin informasiyanı necə qəbul edəcəkləri barədə heç nə məlum deyil. 1970-ci illərdə ulduzlararası səyahətə göndərilən "Pioner 10" və "Pioner 11" adlı iki kosmik gəminin gövdəsində bir cüt lövhə kosmosa göndərilmişdi. Həmin lövhələrdə çılpaq insanlar və Yer kürəsini tapmaq üçün istifadə ediləcək sxem əks olunmuşdu. Bunlar çox primitiv şeylər idi, lakin bunları belə, yadplanetlilərin görə biləcəkləri ehtimal edilirdi. Bu cür kosmik gəmilərin aşkar edilməsi ehtimalı çox az olduğundan, Yerdən işıq sürəti ilə göndərilən radiosiqnalların yadplanetlilərlə əlaqə yaradacağı daha çox ehtimal edilir. Ancaq Yerdəki radio müvafiq tezliyə keçirilməli olduğu kimi, ulduzlararası radio da eynilə düzgün tezliyə keçirilməlidir. Bəs yadplanetlilər düzgün tezliyi necə tapacaqdılar? "Pioner" kosmik gəmisindəki lövhə 1420 MHz tezliklə, maqnit qütblüyü bərabər vaxt intervalları ilə dəyişən hidrogen atomunun prinsipial sxemi şəklində siqnal göndərir. Hidrogen kainatda ən çox yayılmış element olduğundan, ümid edilir ki, bu eskiz bir növ telefon nömrəsi kimi çıxış edə biləcək. | Entry #31342 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
22 | 5 x4 | 1 x2 | 0 |
| Avropanın yerli dilini bilmədiyiniz paytaxt şəhərlərindən birində nahar etdiyinizi fərz edin. Ofisiant ingilis dilini zəif bilsə də, siz bütün mümkün vasitələrdən istifadə edərək menyudan sizə tanış olan, yeyə biləcəyiniz və cibinizə uyğun təamı sifariş etməyə nail olursunuz. İndi isə əksinə, təşəvvür edin ki, iştirak etdiyiniz ekskursiya plan üzrə getmir və siz aclıqdan üzülərək Amazon kəndlərindən birinə gəlib çıxırsınız. Oradakı insanların sizinlə bağlı heç bir təsəvvürləri yoxdur. Çıxardığınız marçıltı səsini sadə sözlər kimi qəbul edirlər. Təslim olduğunuzu bildirmək üçün əllərinizi qaldırdıqda, onlara hücum etmək istədiyinizi düşünürlər. Ümumi kontekst olmadan ünsiyyət qurmaq çətindir. Məsələn, radioaktiv ərazilər on min illər ərzində toxunulmaz vəziyyətdə qalmalıdır; Bununla belə, cəmi 1000 il əvvəl mövcud olan İngilis dilinin hazırda həmin dilin daşıyıcılarının əksəriyyəti tərəfindən başa düşülmədiyini nəzərə alaraq, agentliklər nüvə tullantıları ilə bağlı xəbərdarlıqları gələcək nəsillərə ötürməyə çalışmışlar. Bu məsələlərlə bağlı məsul komitələr həyəcan təbili çalmaq üçün hündür beton çıxıntılardan başlamış Edvard Munkun "Fəryad" əsərinə və genetik cəhətdən dəyişdirilmiş bitkilərə qədər hər şeyi düşünmüşlər. Onların heç biri gələcəyə dair zəmanət vermir. Həmin radioaktiv ərazilərdə məlumatların ötürülməsi ilə məşğul olan insanlardan bəziləri daha böyük problemlə qarşılaşmışlar: yadplanetlilərlə ünsiyyət qurmaq. Bu, “Wired” jurnalının jurnalisti Daniel Oberhausun “Yerdənkənar dillər” adlı yeni kitabının mövzusudur. Yadplanetlilərin məlumatları necə ala biləcəyi barədə heç nə məlum deyildir. 1970-ci illərin əvvəllərində iki kosmik gəmi - Pioneer 10 və 11 ilə göndərilən bir cüt lövhədə əks olunan çılpaq insanlar və Yerin təxmini axtarış xəritəsi kimi elementar şeylər belə, yadplanetlilərin görmə qabiliyyətinin olmasını ehtimal edir. Bu cür hava gəmilərinin tapılma şansı həddin artıq az olduğundan, Yer kürəsindən işıq sürəti ilə ötürülən radio yayım siqnalları ilə əlaqə qurma ehtimalı yüksəkdir. Lakin Yerdəki radio kimi, ulduzlararası radio da lazımi tezlikdə qurulmalıdır. Yadplanetlilər doğru tezliyi necə əldə etmişlər? Pioneer lövhəsi, maqnit qütblüyü 1420 mHs tezliklə müntəzəm olaraq dəyişən hidrogen atomunun bəsit diaqramı kimi ipucu verir. Hidrogen kainatda ən çox yayılmış element olduğundan, bu eskizin telefon nömrəsi olmasına dair ümidlər yaranır. | Entry #31225 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
9 | 1 x4 | 2 x2 | 1 x1 |
| Yerli dili bilmədiyiniz bir Avropa ölkəsi paytaxtında axşam yeməyi yediyinizi təsəvvür edin. Ofisiant ingiliscə demək olar heç danışa bilmir, lakin siz tanıdığınız, yediyiniz və ödənişini etdiyiniz menyudan birtəhər yemək sifariş etməyə nail olursunuz. İndi isə bunun əvəzinə təsəvvür edin ki, piyada gəzintisinin yalnış istiqamətə yönəlməsi nəticəsində acmış halda bir Amazon kəndində peyda olursunuz. Ordakı insanların sizinlə bağlı nə edəcəkləri barəsində heç bir fikirləri yoxdur. Onların ibtidai dil ilə səhv saldıqları çeynəmə səslərini təqlid edirsiniz. Siz təslim olmaq üçün əllərinizi qaldırdığınız zaman onlar sizin hücuma başladığınızı düşünür. Ümumi kontekst olmadan ünsiyyət qurmaq çətindir. Məsələn, radioaktiv ərazilər on min illər ərzində toxunulmaz şəkildə qalmalıdır, lakin bunu nəzərə alsaq, 1000 il öncəki ingilis dili hazırda bu dildə danışanlar üçün anlaşılmazdır, agentliklər nüvə tullantılarına qarşı daha diqqətli olmaqla bağlı xəbərdarlıqlar etməyə çalışmışdır. Bu işlərə görə məsul olan komitələr beton binalar ucaltmaqdan tutmuş Edvard Munkun “Fəryad” əsərinə, ürküdücü maviyə çevrilmək üçün genetik olaraq dəyişdirilmiş bitkilərə qədər hər bir fikir irəli sürürlər. Heç kəsin gələcəkdəki dəyişikliklərin təsirindən uzaq qalacağına zəmanət verilmir. Tullantı ərazisi ilə bağlı xəbərdarlıqlar üzərində işləyən insanların əksəriyyəti həmçinin daha böyük bir problemin bir hissəsi olmuşlar: Yer kürəsindən kənar həyatla əlaqə qurmaq. Bu “Wired” jurnalının jurnalisti Daniel Oberhausun “Extraterrestrial languages” (“Yadplanetlilərin dilləri”) adlı yeni kitabının mövzusudur. Yad planetlilərin informasiyanı necə başa düşəcəkləri məlum deyil. 1970-ci illərin əvvəllində “Pioneer” 10 və 11 kosmik gəmiləri ilə göndərilən bir cüt lövhə çılpaq varlıqları və Yeri tapmaq üçün eskiz xəritəni- elemenatar materialı göstərir amma o belə yadplanetlilərin görmə qabiliyyərinin olduğunu fərz edir. Bu cür kosmik gəminin taplımasına cüzi bir ehtimal belə olmadığından işıq sürəti ilə yayılan Yerdəki radio yayımlarının daha çox əlaqə saxlamaq imkanı var. Yerdəki radio kimi kosmik radio da müvafiq tezliyə uyğunlaşdırılmalıdır. Yadplanetlilər necə düzgün olanla rastlaşa bilərlər? “Pioneer” lövhə maqnetik qütbləşməsi müntəzəm fasilələrlə 1420 meqahers takt tezlikdə dəyişə bilən sadə hidrogen atomu diaqramı formasında işarə verir. Hidrogen dünyada ən geniş yayılmış element olduğuna görə bu eskizin bir növ telefon nömrəsi rolunu oynaya bilməsinə ümid edilir. | Entry #31810 — Discuss 0 — Variant: Not specifiednone
Voting points | 1st | 2nd | 3rd |
---|
6 | 1 x4 | 0 | 2 x1 |
| | | | | X Sign in to your ProZ.com account... | | | | | | ProZ.com translation contestsProZ.com translation contests offer a fun way to take a break from your normal routine while testing and honing your skills with fellow translators.
ProZ.com Translation Contests. Patent pending. |